Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Guterres 15 il əvvəl Nigeriyanın paytaxtı Abucada BMT Evinə törədilən terror hücumunda həyatını itirənləri yad edib.

Guterres sosial media hesabındakı paylaşımında hücum nəticəsində 23 nəfərin həyatını itirdiyini, çox sayda insanın isə yaralandığını bildirib və ölənlər arasında 11 BMT əməkdaşının olduğunu qeyd edib.

Guterres hücumun ildönümündə həyatını itirənlərlə yanaşı, onların ailələrini və hücumdan sağ çıxanları da yad etdiklərini bildirərək deyib: “Bu gün və hər gün həyatını itirənləri, onların ailələrini və sağ qalanları xatırlayır, onların irsini qəlbimizdə və fəaliyyətimizdə yaşatmağa davam edirik”.

Abucadakı BMT Evinə hücumdan 15 il keçməsinə baxmayaraq qurbanların və hücumdan zərər çəkənlərin BMT ictimaiyyəti tərəfindən unudulmadığını vurğulayan Guterres həyatını itirənlərin xatirəsinin yaşadılmağa davam edəcəyini bildirib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp