BMT COP31 ərəfəsində Antalyadakı iqlim gündəminə diqqət çəkib
Nyu-York, 7 noyabr (Hibya) – Birləşmiş Millətlər Təşkilatı (BMT) dünya liderlərinin, alimlərin, vətəndaş cəmiyyəti nümayəndələrinin və fəalların iştirak edəcəyi COP31 İqlim Konfransı ərəfəsində sammitdə müzakirə olunacaq mövzularla bağlı paylaşım edib.
BMT sosial media hesabında etdiyi paylaşımda Türkiyədə keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə COP31 Konfransının gündəminə diqqət çəkib.
Paylaşımda dünya liderlərinin, alimlərin, vətəndaş cəmiyyəti nümayəndələrinin və fəalların Antalyada bir araya gələcəyi bildirilib və konfransda müzakirə olunacaq mövzular barədə məlumat əldə etməyin mümkün olduğu qeyd edilib.
Azərbaycan İnformasiya Agentliyi