Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

BMT-nin Humanitar Məsələlər və Fövqəladə Yardım üzrə Koordinatoru Tom Fletçer Pakistanın Hunza bölgəsində baş verən daşqınlara diqqət çəkərək iqlim dəyişikliyi ilə mübarizədə daha güclü qlobal liderliyə çağırış edib.

Fletçer bildirib ki, Hunzada yaşayan Nəsrin və bölgədəki bir çox insan uzaqlarda qəbul edilən qərarlar nəticəsində baş verən daşqınlar səbəbindən həyat və dolanışıq mənbələrinin təhlükə altında qalması ilə üz-üzədir.

O qeyd edib ki, bölgədəki icmaların erkən xəbərdarlıq sistemləri və mühafizə qurğuları ilə təmin edilməsinə dəstək verirlər, lakin vurğulayıb ki, bu tədbirlər təkbaşına kifayət etmir.

Fletçer deyib: "İqlim məsələsində daha cəsarətli qlobal liderliyə ehtiyacımız var."

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp