Çin ABŞ-ın Honq Konqla bağlı qərarını alqışladı
ABŞ-ın Honq Konqla bağlı milli fövqəladə vəziyyət qərarını uzatmaması Pekin tərəfindən məmnunluqla qarşılandı. Çin hökuməti bu addımı Vaşinqtonla iqtisadi və ticarət danışıqlarında əldə olunmuş razılaşmaların həyata keçirilməsi baxımından mühüm addım kimi qiymətləndirdi.

Sözügedən fövqəladə vəziyyət rejimi 2020-ci ildə həmin dövrün ABŞ Prezidenti tərəfindən imzalanmış 13936 nömrəli İcra Sərəncamı ilə qüvvəyə minmişdi.
Çin Ticarət Nazirliyinin sözçüsü dünən verdiyi açıqlamada Madriddə iki ölkə arasında keçirilən danışıqlara diqqət çəkdi. Sözçü bildirib ki, ABŞ tərəfi Honq Konq və investisiyalarla bağlı bir sıra öhdəliklər götürüb və 14 iyulda müddəti başa çatan sərəncamın uzadılmayacağını Pekinə rəsmi şəkildə çatdırıb.
Sözçü vurğulayıb ki, Honq Konqun rifahının və sabitliyinin qorunması həm Çinin, həm də ABŞ-ın ortaq maraqlarına uyğundur və Vaşinqtonun bu addımı beynəlxalq ictimaiyyətin ümumi gözləntiləri ilə də üst-üstə düşür.
Sözçü ABŞ-ı Çinin suverenliyinə və Honq Konqda qanunun aliliyinə hörmət etməyə, regionla normal iqtisadi və ticarət əlaqələrini bərpa edib gücləndirməyə çağırıb.
Azərbaycan İnformasiya Agentliyi