Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Birləşmiş Millətlər Təşkilatı (BMT) Ukraynada müharibənin getdikcə daha təhlükəli xarakter aldığını bildirərək tərəfləri atəşkəsə çağırıb.

BMT rəsmisi Kayoko Qotoh sentyabr ayında Ukraynada 328 mülki şəxsin həyatını itirdiyini, 2 min 105 nəfərin yaralandığını və mülki itkilərin ötən ilin eyni dövrü ilə müqayisədə 85 faiz artdığını açıqlayıb.

Qotoh Rusiyanın enerji infrastrukturuna hücumlarının yüz minlərlə insanı elektrik enerjisiz qoyduğunu bildirərək Qara dənizdəki hücumların da qlobal ərzaq təhlükəsizliyini təhdid etdiyini vurğulayıb. ABŞ-nin rəhbərlik etdiyi diplomatik təşəbbüsləri məmnunluqla qarşıladıqlarını ifadə edən Qotoh tərəfləri bu həftə Əbu-Dabidə keçirilməsi planlaşdırılan üçtərəfli danışıqlardan konkret nəticələr əldə etməyə çağırıb.

BMT bu səylərin atəşkəsə və münaqişənin sülh yolu ilə həllinə zəmin yaradacağına ümid etdiyini bildirərək dərhal, tam və qeyd-şərtsiz atəşkəs çağırışını bir daha təkrarlayıb.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp