Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Pakistan Baş nazirinin müavini və xarici işlər naziri, senator Məhəmməd İshaq Darın sədrliyi ilə ölkənin iqtisadi diplomatiya fəaliyyəti və ixracatın artırılmasına yönəlmiş tədbirlərin nəzərdən keçirildiyi iclas təşkil olunub.

Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən, iclasda xaricdəki diplomatik nümayəndəliklərin tərəfdaş ölkələrlə münasibətlərin gücləndirilməsinə, Pakistanın ixrac potensialının tanıdılmasına və ticarət əlaqələrinin inkişaf etdirilməsinə verdiyi töhfələr qiymətləndirilib.

Dar milli iqtisadi prioritetlərin irəli aparılması üçün aidiyyəti nazirliklərlə daha sıx koordinasiyanın vacibliyini vurğulayıb. Diplomatik təşəbbüslərin konkret iqtisadi nailiyyətlərə çevrilməsi məqsədilə bütün müvafiq qurumlara fəaliyyətlərin müntəzəm izlənilməsini davam etdirməyi tapşırıb. Darın sədrliyi ilə keçirilən iclasda Xarici İşlər Nazirliyinin yüksək vəzifəli rəsmiləri də iştirak ediblər.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp