Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Xorvatiyanın Baş naziri Andrey Plenkoviç açıqlamasında müxalifətin sağlamlığın, havanın, suyun və torpağın təhlükəsizliyinin təhdid altında olduğuna dair iddialarla ictimaiyyətdə narahatlıq yaratdığını və Qospiç ilə Lika bölgələrinə iqtisadi zərər vurduğunu iddia edib.

Plenkoviç Qospiçdə havanın keyfiyyətinin Zavižan bölgəsindəki səviyyə ilə eyni olduğunu, ictimai içməli su şəbəkəsindəki suyun içmək üçün yararlı olduğunu bildirib. O, Likadakı torpağın da ailə təsərrüfatları və kiçik müəssisələrin istehsalı üçün sağlam olduğunu qeyd edib. Plenkoviç bu iddiaların yerli istehsalçıların məhsullarının mağaza rəflərindən yığışdırılmasına və onların iqtisadi cəhətdən əlverişsiz vəziyyətə düşməsinə səbəb ola biləcəyini vurğulayıb.

Keçmiş PPK Velebit ərazisindən çıxarılan təxminən 150 ton təhlükəsiz tullantının Koromačnodakı Holcim sement zavodunda yandırıldığını bildirən Plenkoviç tullantıların tərkibinin sement zavodlarında illərdir istifadə olunan materiallarla eyni olduğunu və proses zamanı heç bir mənfi halın baş vermədiyini iddia edib.

Plenkoviç müxalifətin tullantıların utilizasiyası prosesinə dəstək vermək əvəzinə məsələni şişirtdiyini bildirərək tənqidlərini səsləndirib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp