Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Birləşmiş Millətlər Təşkilatı (BMT) qlobal yol təhlükəsizliyi ilə bağlı yaydığı açıqlamada bildirib ki, 2011-ci ildən bəri dünyada yol-nəqliyyat hadisələri nəticəsində baş verən ölüm halları 21 faiz azalıb.

Bununla belə, 2025-ci ildə dünyada təxminən 1,16 milyon insanın yol-nəqliyyat hadisələrində həyatını itirdiyi, yol qəzalarının isə uşaqlar və gənclər arasında əsas ölüm səbəblərindən biri olaraq qaldığı vurğulanıb.

BMT həmçinin bildirib ki, bu həftə Nyu-Yorkdakı BMT Baş Qərargahında bir araya gələn üzv dövlətlər yolların hər kəs üçün daha təhlükəsiz olması məqsədilə daha güclü və daha təsirli tədbirlərin görülməsi barədə razılığa gəliblər.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp