Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Ukrayna Xarici İşlər Nazirliyinin açıqlamasına görə, Zaporijjyaya gecə saatlarında həyata keçirilən hücum nəticəsində 5 nəfər yaralanıb. Hücumlar zamanı 2 yaşayış binası, bir ticarət mərkəzi və Zaporijjya Milli Universitetinin ən qədim binası zərər görüb, həmçinin yanğınlar baş verib.

Xarkov vilayətində Rusiyaya məxsus pilotsuz uçuş aparatlarının Lozovaya hücumu nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb. Hücumlar zamanı yaşayış binaları və dəmir yolu infrastrukturu zərər görüb, yanğınlar baş verib. Kirovohrad vilayətində isə pilotsuz uçuş aparatının Kropıvnıtski rayonundakı infrastruktur obyektinə dəyməsi nəticəsində 1 nəfər yaralanıb.

Kiyev vilayətindəki hücumların Buça rayonunda bir servis stansiyasında və Fastiv rayonunda bir taxta emalı müəssisəsində yanğınlara səbəb olduğu bildirilib. Odessa vilayətində isə anbar obyektlərinə hücumun genişmiqyaslı yanğına səbəb olduğu qeyd edilib.

Açıqlamada Rusiyanın müharibəni seçməyə davam etdiyi bildirilərək, “Buna cavab Moskvanın təcavüzünü dayandırması üçün ona qarşı təzyiqin artırılması olmalıdır” ifadələrinə yer verilib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp