Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Budris Vilnüsdə Almaniya Federal Parlamentinin (Bundestaq) Müdafiə Komitəsinin sədri Tomas Rövekamp ilə görüşdüyünü bildirərək deyib: "Almaniyanın liderliyi Avropanı daha təhlükəsiz edir. Litvadakı Almaniya briqadası NATO-nun kollektiv müdafiəsinə strateji öhdəlik və müttəfiqlərin birliyinin güclü göstəricisidir".

Rövekamp ilə görüşdə Avropa təhlükəsizliyi, dayanıqlılıq və Ukrayna məsələlərini müzakirə etdiklərini bildirən Budris prioritetlərinin Rusiyaya təzyiqi davam etdirmək, Ukraynanın Avropa İttifaqına üzvlük prosesində qətiyyətlə irəliləməsinə kömək etmək və Avropanın təcavüzə, təzyiqə və dezinformasiyaya qarşı mübarizə qabiliyyətini gücləndirmək olduğunu qeyd edib.

Rusiyanın Avropanın təhlükəsizlik nizamını pozduğunu vurğulayan Budris deyib: "Rusiya Avropanın təhlükəsizlik nizamını darmadağın edib. Onun bu nizamı yenidən formalaşdırmasına imkan verilməməlidir".

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp