Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

İranın dini lideri Müctəba Hüseyni Xamenei vəfat edən şiə din xadimi Ayətullah əl-üzma Hüseyn Vəhid Xorasaninin ölümü ilə bağlı başsağlığı mesajı yayımlayıb.

Xorasaninin fiqh və üsul elmlərinin tədrisində əsas simalardan biri olduğunu vurğulayan Xamenei deyib: "O böyük şəxsiyyət elmi hövzədə fiqh və üsul təhsilinin əsas sütunlarından biri idi. Son illərdə hər gün keçirdiyi iki dərs məşğələsi elmi dairələrin ən mühüm tədris məclisləri arasında yer alırdı".

Xamenei Xorasaninin dərslərində öz elmi bilikləri ilə yanaşı, Nəcəf Elmi Hövzəsinin aparıcı alimlərinin fikirlərinə dair dərin biliyini və onlara verdiyi yüksək dəyəri də əks etdirdiyini qeyd edib. Xorasaninin aydın, sistemli və güclü izah tərzinin dərsləri tələbələr üçün səmərəli etdiyini bildirən Xamenei deyib: "Şəriət və məzhəb yolunda fasiləsiz göstərdiyi səylərə görə möminlər cəmiyyətinin və elmi hövzələrin onun qarşısında böyük mənəvi borcu var".

Xamenei mesajında Ayətullah Vəhid Xorasaninin vəfatı ilə əlaqədar Qum və digər elmi hövzələrə, bütün möminlərə, xüsusilə Xorasani ailəsinə başsağlığı verərək mərhum din xadimi üçün Allahdan uca məqamlar diləyib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp