Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazı ilə bağlı beynəlxalq dəniz daşımaları tərəfdaşları üçün onlayn məlumatlandırma görüşü keçirib.

CENTCOM-un açıqlamasında bildirilib ki, kommersiya dəniz nəqliyyatının artması fonunda sərbəst gəmiçiliyin təmin edilməsi istiqamətində səylərin sürətləndirilməsi müzakirə olunub.

Açıqlamada CENTCOM-un komandanı admiral Bred Kuperin sektor nümayəndələrinə və ABŞ-ın digər dövlət qurumlarına davamlı dəstəklərinə görə təşəkkür etdiyi bildirilib. Həmçinin “əsassız İran hücumları” nəticəsində mülki gəmi heyətlərinin üzləşdiyi fədakarlıqlara və çətinliklərə diqqət çəkilib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp