Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

ABŞ Prezidenti Donald Tramp Minnesotadakı somalili mühacirlərlə bağlı açıqlamasını ictimaiyyətlə bölüşüb.

Tramp açıqlamasında deyib: “Bir vaxtlar möhtəşəm olan Minnesota ştatı somalili mühacirlər tərəfindən ələ keçirilir. Ştatın hər yerində zorakılıq, qətllər və xaos hökm sürür. Minnesota sakinləri müqavimət göstərməlidirlər. Siz talan edilmisiniz və ştat rəhbərliyiniz tərəfindən tərk olunmusunuz”.

Minnesota qubernatoru Tim Volzu tənqid edən Tramp deyib: “Qubernatorunuz bu işə qarışmaq istəməyən bacarıqsız bir oğrudur. Onun yeganə istəyi bacardığı qədər oğurlamaq, şəhəri tərk etmək və sonra sakit həyat sürməkdir”.

Somalililərin etdiklərinin cəzasız qalmamasının vacib olduğunu iddia edən Tramp bildirib: “Onlar sizi zəif və axmaq insanlar hesab edirlər. Minnesota, müqavimət göstər! Müqavimət göstər! Yardıma ehtiyacınız olsa, federal hökumət köməyinizə gələcək”.

Tramp həmçinin Minnesota qubernatoru Tim Volz və Minneapolis meri Ceykob Freyin dərhal federal hökumətdən yardım istəməli olduqlarını bildirərək deyib: “Qalanını bizə buraxın”.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp