Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

ABŞ Prezidenti Donald Tramp San-Dieqo və Los-Anceles şəhərlərinin bombalanmasını istədiyinə dair xəbərləri təkzib edib. Tramp açıqlamasında sözlərinin İranın nüvə silahına sahib olmasının qarşısını almaq üçün benzin qiymətlərində baş verə biləcək müvəqqəti artımla böyük şəhərlərin bombalanması arasında müqayisə aparmaq məqsədi daşıdığını bildirib.

Tramp deyib: “Saxta və uydurma xəbərlər mənim düşməni San-Dieqo və Los-Ancelesi bombalamağa dəvət etdiyimi iddia etməyə çalışır. Halbuki əslində dediyim o idi ki, İranın nüvə silahına sahib olmaması üçün benzin qiymətlərinin müvəqqəti artması ödənilməsinə dəyər kiçik bir bədəldir”.

San-Dieqo və ya Los-Ancelesin bombalanacağı təqdirdə ortaya çıxacaq bədəlın daha böyük olacağını bildirən Tramp deyib: “Mən sadəcə qısa müddət ərzində benzinə bir qədər artıq pul ödəməklə böyük şəhərlərimizin bombalanmasını müqayisə etdim”.

Tramp sözlərinin aydın olduğunu müdafiə edərək San-Dieqo və Los-Ancelesin bombalanmasını istədiyi barədə yayılan xəbərləri tənqid edib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp