CENTCOM: USS Abraham Lincoln-un vurulduğu barədə iddialar yalandır
Vaşinqton, 1 mart (Hibya) - Amerika Birləşmiş Ştatlarının Mərkəzi Komandanlığı (CENTCOM) İran İnqilab Keşikçiləri Korpusunun USS Abraham Lincoln təyyarədaşıyan gəmisinə hücum etdiyi barədə iddiaları təkzib edib.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İran İnqilab Keşikçiləri tərəfindən USS Abraham Lincoln gəmisinin ballistik raketlərlə vurulduğu barədə irəli sürülən iddialara cavab verib.
Bəyanatda bu iddiaların həqiqəti əks etdirmədiyi bildirilib.
CENTCOM-un bəyanatında deyilir:
“İran İnqilab Keşikçiləri USS Abraham Lincoln gəmisinə ballistik raketlərlə hücum etdiyini iddia edir. Yalandır. Lincoln vurulmayıb. Atılan raketlər heç yaxınlaşmayıb belə. Lincoln İran rejimindən gələn təhdidləri aradan qaldıraraq Amerika xalqını müdafiə etməyə yönəlmiş CENTCOM-un amansız kampaniyasını dəstəkləmək məqsədilə təyyarələr buraxmağa davam edir.”
Azərbaycan İnformasiya Agentliyi