Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

ABŞ Prezidenti Donald Tramp Kanada hökumətini meşələrin idarə olunması və tullantıların təmizlənməsi üzrə əsas tədbirləri həyata keçirməkdən imtina etməkdə ittiham edərək bunu "qəsdən edilən səhlənkarlıq" adlandırıb.

Sərhədlərarası ekoloji çirklənmənin ABŞ-a milyardlarla dollara başa gəldiyini bildirən və məsələni müzakirə etmək üçün Kanada Baş nazirinə zəng edəcəyini deyən Tramp qeyd edib: "Kanadanı meşələrini və kolluq sahələrini lazımi qaydada qorumadığına görə məsuliyyət daşıyan hesab edirik. Nəticədə ABŞ tamamilə qəbuledilməz şəkildə çirkli, sağlamlıq üçün zərərli və təhlükəli hava ilə üz-üzə qalır."

Mark Karniyə zəng edəcəyini vurğulayan Tramp deyib: "Bu məsələ ilə bağlı nə edəcəklərini öyrənmək üçün gün ərzində Baş nazirə zəng edəcəyəm. Bunun dəyəri hesablanacaq kimi deyil."

Tramp sözlərini belə yekunlaşdırıb: "Kanada bunun nəticəsini bilə-bilə meşələrin idarə olunması və tullantıların təmizlənməsi üzrə əsas tədbirləri həyata keçirməkdən imtina etdi. Bu, qəsdən edilən səhlənkarlıqdır və hər il ABŞ-a milyardlarla dollara başa gəlir. Bu çirklənmənin dəyəri Kanadanın hazırda ödədiyi gömrük rüsumlarına əlavə edilməlidir."

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp