Dar: Məkkə Birgə Müdafiə Sazişi strateji əməkdaşlığı gücləndirməyi hədəfləyir
İslamabad, 9 avqust (Hibya) - Pakistan Baş nazirinin müavini və xarici işlər naziri, senator Məhəmməd İshaq Dar Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə tərəfindən imzalanan Məkkə Birgə Müdafiə Sazişi ilə bağlı açıqlama verərək, sazişin tarixi və təfərrüatlarına diqqət çəkib.
Pakistan Baş nazirinin müavini və xarici işlər naziri, senator Məhəmməd İshaq Dar Məkkə Birgə Müdafiə Sazişinin 7 avqust 2026-cı il, cümə günü Məkkədə üç ölkə tərəfindən birgə imzalandığını bildirərək, bu addımın liderlər və xalqlar arasındakı dərin qardaşlıq əlaqələrini əks etdirdiyini qeyd edib.
Sazişin uzunmüddətli prosesin nəticəsi olduğunu vurğulayan Dar deyib: “Məkkə Sazişi uzun illər davam edən müzakirələrin və qarşılıqlı təmasların nəticəsidir. Onun məqsədi sülh və təhlükəsizliyə yönələn müxtəlif çağırışların öhdəsindən gəlmək, regionda sülhü, sabitliyi və rifahı təşviq etmək üçün strateji əməkdaşlığı gücləndirməkdir.”
Sazişin mövcud öhdəliklərə təsirini izah edən Dar bildirib: “Məkkə Sazişi bu ölkələr arasında mövcud olan ikitərəfli və ya çoxtərəfli sazişlərin heç birini ləğv etmir və ya dəyişdirmir. Eyni zamanda, bu ölkələrin digər dövlətlər və ya təşkilatlarla mövcud sazişlərinə də təsir göstərmir.”
Azərbaycan İnformasiya Agentliyi