İsrail Xarici İşlər Nazirliyi: Türkiyə HƏMAS-a sığınacaq verməyi seçir
Təl-Əviv, 9 avqust (Hibya) - İsrail Xarici İşlər Nazirliyi HƏMAS-ın bəzi fəaliyyətlərini Türkiyəyə köçürdüyünə dair iddiaları gündəmə gətirərək Ankaranı terrorizmə şərait yaratmaqda ittiham edib.
İsrail Xarici İşlər Nazirliyi Türkiyənin HƏMAS-a münasibəti ilə bağlı açıqlama yayıb.
Açıqlamada HƏMAS-ın planlaşdırma və kiber əməliyyatlar da daxil olmaqla bəzi gizli fəaliyyətlərini Türkiyəyə köçürdüyünə dair məlumatların olduğu iddia edilib.
İsrail Xarici İşlər Nazirliyi HƏMAS-ı “cihadçı” və “terror təşkilatı” kimi xarakterizə edərək, terrorçulara planlaşdırma, təşkilatlanma və üzv cəlb etmək imkanı yaradan ölkələrin terrorizmə şərait yaratdığını bildirib.
Azərbaycan İnformasiya Agentliyi