Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Qətər İsrail qüvvələrinin Suriyanın Quneytra və Dəra vilayətlərinə həyata keçirdiyi hücumları pisləyib.

Qətər Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib ki, bu hücumlar Suriyanın suverenliyinin açıq şəkildə pozulmasıdır və beynəlxalq hüquqa, eləcə də beynəlxalq humanitar hüquqa ziddir.

Bəyanatda vurğulanıb ki, bu cür hücumlar bölgədə gərginliyi artırır və sabitliyin təmin olunması istiqamətindəki səyləri zəiflədir. Beynəlxalq ictimaiyyət İsraili beynəlxalq hüquqa əməl etməyə məcbur etməyə və hücumlarına görə məsuliyyətə cəlb etməyə çağırılıb.

Həmçinin qeyd olunub: "Qətər Dövləti qardaş Suriya Ərəb Respublikası, onun hökuməti və xalqı ilə tam həmrəy olduğunu bir daha bəyan edir, Suriyanın suverenliyini, birliyini və ərazi bütövlüyünü dəstəkləyən qəti mövqeyini, eləcə də qardaş Suriya xalqı üçün təhlükəsizlik və sabitliyi təmin edəcək bütün addımları dəstəklədiyini vurğulayır."

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp