Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Pakistanın Baş nazir müavini və xarici işlər naziri İshaq Dar İslamabadda keçirilən danışıqlardan sonra açıqlamalar verib.

Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına görə, Dar İran və ABŞ nümayəndə heyətləri arasında aparılan danışıqlarda Pakistanın vasitəçi rolunu üzərinə götürdüyünü bildirib.

ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens başçılıq etdiyi heyət və İran parlamentinin sədri Məhəmməd Baqir Qalibafın rəhbərlik etdiyi heyətin danışıqlarda iştirak etdiyi bildirilib.

Dar Pakistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi feldmarşal Seyid Asım Münirin tərəflər arasında aparılan danışıqlara töhfə verdiyini qeyd edib.

Tərəfləri atəşkəsə sadiq qalmağa çağıran Dar deyib: “Tərəflərin atəşkəsə sadiqliyini davam etdirməsi böyük əhəmiyyət daşıyır.”

Açıqlamada Pakistanın İran ilə ABŞ arasında dialoq prosesinə töhfə verməyə davam edəcəyi bildirilib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp