Dəməşq Beynəlxalq Hava Limanından uçuşlar bərpa olundu
Dəməşq, 7 yanvar (Hibya) - Suriyanın paytaxtı Dəməşqdəki hava limanından beynəlxalq uçuşlar keçən ay müxaliflərin Prezident Bəşər Əsədi devirməsindən sonra ilk dəfə olaraq bərpa olundu.
SANA-nın məlumatına görə, 145 sərnişin daşıyan Suriya Hava Yollarına məxsus təyyarə paytaxtdan Birləşmiş Ərəb Əmirliklərindəki Şarja Beynəlxalq Hava Limanına yola düşüb. Bu, 8 dekabrdan bəri Dəməşqdən qalxan ilk beynəlxalq kommersiya reysi idi.
Doha şəhərindən Dəməşq Beynəlxalq Hava Limanına uçuşlar da 13 ildən sonra çərşənbə axşamı bərpa olundu. Qatar Airways 2011-ci ildə Suriyadakı vətəndaş müharibəsinə görə Dəməşq və Hələbə olan xidmətlərini dayandırmışdı.
Hava yolları şirkəti, uçuşların bərpa olunmasından əvvəl bütün təhlükəsizlik, qoruma və əməliyyat standartlarının təmin edilməsi üçün aidiyyəti orqanlarla birgə çalışdıqlarını bildirdi.
İki şəhər arasında uçuşlar çərşənbə axşamından başlayaraq həftədə üç dəfə həyata keçiriləcək.
Azərbaycan İnformasiya Agentliyi