Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Birləşmiş Millətlər Təşkilatının Baş katibi António Quterreş BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində dünya liderlərinə gücün necə istifadə edilməli olduğuna dair suallar ünvanlayıb.

Quterreş deyib: “Müharibələrdən iqlim dəyişikliyinə qədər dünyanın üzləşdiyi böhranlar mahiyyət etibarilə güc məsələsidir. Güc kimdədir? Kim gücdən məhrum edilir? Güc necə istifadə olunur və necə dəyişir?”

Dünya liderlərinə “Gücün zorla, yoxsa hüquqla idarə olunmasını təmin edəcəyik? Əməkdaşlıqla, yoxsa məcburiyyətlə? Gənclər və gələcək nəsillər qarşısında məsuliyyətlə, yoxsa onların taleyinə laqeydliklə hərəkət edəcəyik?” suallarını ünvanlayan Quterreş deyib: “Dövrümüzün müəyyənedici problemləri güc anlayışının müxtəlif təzahürləridir. Bunlar dünyanın daha dərin parçalanma və qeyri-sabitliyə sürüklənəcəyini, yoxsa əməkdaşlıq, ədalət və ortaq təhlükəsizliyə yönələcəyini müəyyən edəcək.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp