Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

ABŞ-ın Milli Okean və Atmosfer Administrasiyası (NOAA) və Avstraliya Meteorologiya Bürosu bəzi iqlim modellərinin El Ninyo proqnozlaşdırdığını, lakin qeyri-müəyyənliklərin qaldığını vurğulayıb.

Mütəxəssislər hələ dəqiq nəticə çıxarmağın tez olduğunu, lakin 2026-cı ildə El Ninyonun yarana biləcəyinə dair siqnalların mövcud olduğunu bildiriblər.

Sakit okeandakı temperatur dövrü El Ninyo–Cənub Salınımı (ENSO) kimi tanınır və dünya üzrə ekstremal hava hadisələri ilə əlaqəlidir.

Ekvatorial Sakit okeanın şərqində normadan isti sular toplandıqda bu El Ninyo adlanır və qlobal temperaturun artmasına səbəb olur.

Monash Universitetinin alimlərindən Endryu Uotkins qərb tropik Sakit okeanda çoxlu isti suyun toplandığını deyib.

Berkeley Earth tədqiqatçısı Zeke Hausfather isə əvvəlki El Ninyonun qlobal temperaturu təxminən 0,12 dərəcə artırdığını bildirib.

Orta və ya güclü El Ninyo yaranarsa, 2027-ci ilin yeni temperatur rekordu qıracağı gözlənilir.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp