İsraildə 2 türk jurnalist saxlanılıb
Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran bildirib ki, CNN Türk-un müxbiri Emrah Çakmak və operator Halil Kahraman İsraildə saxlanılıblar.
Duran qeyd edib ki, CNN Türk-un müxbiri Emrah Çakmak və operator Halil Kahraman İsraildə saxlanılıblar.
Duran İsrailin həqiqəti gizlətmək məqsədilə mətbuata qarşı hücumlarından biri ilə yenidən üz-üzə olduqlarını vurğulayaraq deyib: "Jurnalist həmkarlarımızın tezliklə azad olunması üçün zəruri addımlar atır və məsələni həssaslıqla izləyirik."
Azərbaycan İnformasiya Agentliyi