Əliyev Rusiya Federasiyasının Prezidenti Putin ilə telefon danışığı aparıb
Bakı, 11 mart (Hibya) – Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin telefon danışığı aparıblar.
Vladimir Putin İran İslam Respublikasından Rusiya vətəndaşlarının təxliyəsində göstərilən operativ yardım və Rusiyanın İrana göndərdiyi humanitar yardımın Azərbaycan ərazisindən keçidi üçün yaradılan şəraitə görə İlham Əliyevə təşəkkürünü bildirib.
Telefon danışığı zamanı liderlər Yaxın Şərqdə hərbi əməliyyatların mümkün qədər tez dayandırılmasının və münaqişəyə siyasi və diplomatik həll tapılmasının vacibliyini vurğulayıblar.
Azərbaycan İnformasiya Agentliyi