Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Azərbaycan Prezidenti İlham Əliyev İrlandiyanın paytaxtı Dublində keçirilən Avropa Siyasi Birliyinin 9-cu Zirvə toplantısı çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşüb.

Liderlər 8 avqust 2025-ci il tarixində keçirilmiş Vaşinqton Sülh Zirvəsinin nəticələrinə və həmin münasibətlə imzalanmış Vaşinqton Birgə Bəyannaməsinə əsaslanaraq iki ölkə arasında sülh gündəliyinin irəlilədilməsi barədə fikir mübadiləsi aparıblar.

Görüşdə nəqliyyat və tranzit əlaqələrinin inkişaf etdirilməsi, iqtisadi və ticarət münasibətləri, sərhədlərin delimitasiyası və etimad quruculuğu tədbirlərinin həyata keçirilməsi daxil olmaqla, sülhün möhkəmləndirilməsinə yönəlmiş praktiki addımlar müzakirə olunub.

Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu (TRIPP) gündəmdə

Bu çərçivədə liderlər Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) inkişaf etdirilməsi istiqamətində əldə olunan irəliləyişləri, o cümlədən dəmir yolu və avtomobil yolu komponentlərinin planlaşdırılması və layihələndirilməsini, həmçinin TRIPP marşrutu boyunca tranzit əlaqələrinin yaradılması imkanlarını müzakirə ediblər.

Görüşdə Azərbaycan ərazisindən Ermənistana malların tranziti müsbət inkişaf kimi qiymətləndirilib və ötən ilin noyabr ayından bəri Azərbaycan ərazisindən Ermənistana ümumilikdə 105 min ton yük daşındığı bildirilib.

Tərəflər, həmçinin elektrik şəbəkələrinin yaxın vaxtlarda birləşdirilməsi də daxil olmaqla, Azərbaycan ilə Ermənistan arasında iqtisadi və ticarət münasibətlərinin daha da inkişaf etdirilməsi imkanlarını nəzərdən keçiriblər.

Ətraf mühit və transsərhəd su əməkdaşlığının əhəmiyyətini vurğulayan liderlər transsərhəd çayların idarə olunmasına dair işçi qruplarının yaradılmasını məmnunluqla qarşılayıblar. Liderlər sülh prosesindəki müsbət dinamikanın qorunmasının və regionda sülh, sabitlik və rifahın gücləndirilməsinə yönəlmiş dialoqun davam etdirilməsinin vacibliyini bir daha təsdiqləyiblər.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp