Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

ABŞ Prezidenti Donald Tramp demokrat senator Çak Şumerin ABŞ-də korrupsiyaya son qoymaq istədiyinə dair açıqlamasını dəyərləndirib.

Tramp Şumerin sözlərinin Kaliforniya, Minnesota, İllinoys, Men və Nyu-York kimi demokratların idarə etdiyi ştatlara aid olduğunu düşündüyünü bildirib. Həmin ştatlarda müntəzəm olaraq milyardlarla dolların oğurlandığını iddia edən Tramp, bu problemin həlli üçün Şumerlə birlikdə çalışmağın onun üçün şərəf olacağını ifadə edib.

Tramp problem həll ediləcəyi təqdirdə ABŞ-nin federal büdcəsinin yenidən tarazlaşdırıla biləcəyini qeyd edib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp