Əliyev və Babiş iqtisadi əlaqələri müzakirə ediblər
Dublin, 12 noyabr (Hibya) - Azərbaycan Prezidenti İlham Əliyev və Çexiyanın Baş naziri Andrey Babiş iki ölkə arasında iqtisadi və ticarət əlaqələrinin inkişaf etdirilməsi, investisiya layihələri və enerji sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər. Görüşdə Azərbaycanın Çexiyanın ən böyük neft təchizatçısı olduğu bildirilib.
Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində Çexiyanın Baş naziri Andrey Babiş ilə görüşüb.
Babiş bu ilin aprel ayında Azərbaycana etdiyi rəsmi səfəri və Qəbələdə İlham Əliyevlə keçirdiyi görüşü məmnunluqla xatırladıb. Həmin səfər zamanı müzakirə olunan məsələlərin həyata keçirilməsində müsbət nəticələrin əldə edildiyi qeyd olunub.
Görüşdə iki ölkə arasında iqtisadi və ticarət əlaqələrinin inkişaf etdirilməsi, investisiya layihələrinin reallaşdırılması və işgüzar dairələrin nümayəndələrinin qarşılıqlı səfərlərinin təşkili məsələləri nəzərdən keçirilib.
Görüş zamanı Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm roluna da toxunulub və ölkənin Çexiyanın ən böyük neft təchizatçısı olduğu vurğulanıb.
Azərbaycan İnformasiya Agentliyi