Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Ərakçi vurğulayıb ki, ABŞ BMT Təhlükəsizlik Şurasının daimi üzvü olaraq İranın dinc nüvə obyektlərinə hücum etməklə beynəlxalq hüququ və BMT Nizamnaməsini kobud şəkildə pozub.

Səhər saatlarında baş verən hadisələrin böyük qəzəb və dəhşət doğurduğunu deyən Ərakçi əlavə edib: “Bu, davamlı nəticələr verəcək. BMT-yə üzv olan hər bir ölkə bu son dərəcə təhlükəli, qanunsuz və cinayət xarakterli davranışa qarşı xəbərdar olmalıdır.”

Ərakçi qeyd edib ki, İran BMT Nizamnaməsinə və qanuni özünümüdafiə hüququna uyğun olaraq öz suverenliyini, maraqlarını və xalqını qorumaq üçün bütün seçimləri açıq saxlayır.

The Guardian-ın xəbərinə görə, İsrailin fövqəladə xidmətləri İran raketlərinin Tel-Əviv, Karmel və Hayfa daxil olmaqla təxminən 10 əraziyə düşdüyünü bildirib. Bu bölgələrdə siqnal səsi eşidilməyib.

Təxminən 14 nəfərin yaralandığı güman edilir, əksəriyyəti ciddi deyil. Axtarış-xilasetmə qrupları hələ də zərbə nöqtələrini araşdırır. Haaretz-in məlumatına görə, Tel-Əvivdə bir neçə bina dağılıb.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp