Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

İranın xarici işlər naziri Seyid Abbas Əraqçi Yaponiyada baş vermiş fəlakətdən dərin kədər hissi keçirdiyini bildirərək İran hökuməti və xalqı adından başsağlığı və tezliklə sağalma arzularını çatdırıb.

Zəlzələnin yaratdığı dağıntılara toxunan Əraqçi bildirib: "Kumamoto prefekturasında baş vermiş zəlzələnin törətdiyi böyük dağıntılar bizi dərindən kədərləndirir. İran İslam Respublikasının hökuməti və xalqı adından zərərçəkənlərə və onların ailələrinə ən səmimi başsağlığı və hüzn hisslərimizi bildiririk."

Əraqçi sözlərini belə yekunlaşdırıb: "Həyatını itirənlərin ruhunun şad olmasını, yaralıların tezliklə sağalmasını və zərər görmüş bölgələrin qısa müddətdə bərpa edilərək yenidən qurulmasını diləyirik."

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp