Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Antonio Kosta bildirib ki, baş verən hücumlar Avropanın ümumi təhlükəsizliyi üçün təhdid yaradır. O qeyd edib ki, Aİ Ukrayna və Polşa ilə tam həmrəylik nümayiş etdirir və hava hücumundan müdafiə sahəsində dəstəyini artıracaq.

Hücuma və Polşa hava məkanının pozulmasına toxunan Kosta deyib: "Dünən gecə Rusiya Ukraynaya qarşı genişmiqyaslı birgə hücum həyata keçirdi. Hücum zamanı Polşanın hava məkanı da pozuldu və bu, Rusiyanın təcavüzünün Avropanın ümumi təhlükəsizliyi üçün təhdid olduğunu bir daha göstərdi."

Həmrəylik mesajı verən və hava hücumundan müdafiə dəstəyinin artırılacağını bildirən Kosta deyib: "Bu hücumların qurbanlarının yanındayam. Avropa İttifaqı öz vətəndaşlarını qorumaq və müdafiə etmək üçün yorulmadan çalışan Ukrayna və Polşa rəsmiləri ilə tam həmrəylik içindədir."

Birlik mesajını vurğulayan Kosta əlavə edib: "Ukraynanın hava hücumundan müdafiəsini, o cümlədən raket və pilotsuz uçuş aparatlarına qarşı imkanlarını gücləndirmək üçün dəstəyimizi artırırıq. Avropa bu təcavüz qarşısında birlik içində dayanmağa davam edəcək."

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp