Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Fələstin Xarici İşlər və Xaricdə Yaşayanlar Nazirliyi Qırmızı dənizdə hərəkətdə olan Səudiyyə Ərəbistanına məxsus gəmiyə hücumu ən sərt ifadələrlə pisləyən bəyanat yayıb.

Nazirlik bildirib ki, hücum beynəlxalq dəniz yollarında gəmiçilik azadlığına dair beynəlxalq hüquq prinsiplərinin açıq şəkildə pozulmasıdır və regionun təhlükəsizliyi ilə sabitliyinə birbaşa təhdid yaradır.

Bəyanatda Fələstinin Səudiyyə Ərəbistanı ilə tam həmrəylik içində olduğu vurğulanaraq, dəniz daşımalarını, beynəlxalq ticarəti və enerji təchizatının təhlükəsizliyini təhdid edən bu cür hücumların dərhal dayandırılmasına çağırış edilib.

Nazirlik həmçinin Fələstinin beynəlxalq legitimlik qərarlarına, Ərəb Liqasının və İslam Əməkdaşlıq Təşkilatının qərarlarına sadiqliyini bir daha təsdiqləyərək, regional sabitliyin gücləndirilməsinin ərəb və islam dünyasının inkişaf və rifah məqsədlərinə töhfə verəcəyini bildirib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp