Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Fələstin Baş Nazirliyinin yaydığı məlumata görə, Baş nazir Məhəmməd Mustafa Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas ilə görüş keçirib.

Baş Nazirliyin açıqlamasında bildirilib ki, görüşdə bölgədə baş verən son hadisələr müzakirə olunub.

Açıqlamaya əsasən, Baş nazir Mustafa görüş zamanı İsrail tərəfindən saxlanıldığı bildirilən Fələstinə məxsus vergi gəlirlərinin azad edilməsi üçün beynəlxalq təzyiqin artırılmasına çağırış edib.

Mustafa həmçinin Fələstin hökumətinin islahat gündəliyi barədə məlumat verib.

Kaya Kallas isə görüşdə Avropa İttifaqının Fələstində həyata keçirilən islahatlara və Fələstin institutlarına dəstəyini bir daha təsdiqləyib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp