Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen Fələstin Donorlar Qrupunun ikinci iclası ilə bağlı açıqlama verib.

Fon der Leyen bildirib ki, iclasda 65 ölkə və qurum iştirak edib və Qəzzada erkən bərpa işləri üçün təxminən 900 milyon avro dəstək toplanıb.

O qeyd edib ki, "Team Gaza" təşəbbüsü Avropa İttifaqı ilə yanaşı İspaniya, Danimarka, Böyük Britaniya, Almaniya, Norveç, Finlandiya, İtaliya, Niderland, Fransa, Yaponiya, İsveçrə, İsveç, Belçika və Dünya Bankı Qrupu tərəfindən dəstəklənir.

Fon der Leyen əlavə edib ki, sözügedən təşəbbüs Qəzzanın bərpa prosesinə töhfə verməyi hədəfləyir.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp