Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Birləşmiş Millətlər Təşkilatının (BMT) Fövqəladə Yardım üzrə Koordinatoru Fletcher fəlakətlər zamanı humanitar ehtiyacların mövcud resursları üstələməsi halında əlavə maliyyə təmin edəcək yeni sığorta mexanizminin tətbiq olunduğunu açıqlayıb.

Fletcher sosial media hesabında verdiyi açıqlamada bildirib ki, dünyada bu sahədə ilk olan mexanizm çərçivəsində fəlakətlərdən sonra ehtiyaclar mövcud resursları üstələdiyi təqdirdə sığorta şirkətləri işə qoşularaq əlavə maliyyələşmə təmin edəcək.

BMT-nin Uşaq Fondu (UNICEF) və Ümumdünya Ərzaq Proqramı (WFP) ilə birlikdə hazırlanmış təşəbbüsün məqsədi fəlakətlərin ağır nəticələri ortaya çıxmazdan əvvəl insanların qorunması üçün maliyyə infrastrukturu yaratmaqdır.

Fletcher yeni mexanizmin fəlakətlərə qarşı humanitar yardım imkanlarını gücləndirmək üçün əlavə resursların formalaşdırılmasını təmin edəcəyini vurğulayıb.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp