Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlər və Fövqəladə Yardım üzrə Koordinatoru Tom Fletcher qlobal miqyasda humanitar yardım işçilərini hədəf alan hücumların artması ilə bağlı xəbərdarlıq edib.

Mövcud vəziyyətin müvəqqəti artım olmadığını bildirən Fletcher bunu bəşəriyyət üçün ləkə adlandırıb.

Hücumların miqyasını rəqəmlərlə göstərən Fletcher deyib: “Ötən il dünyada təxminən min yardım işçisi öldürülüb, yaralanıb və ya qaçırılıb.”

Beynəlxalq ictimaiyyətə və aidiyyəti tərəflərə çağırış edən Fletcher deyib: “Dövlətlər, silahlı qruplar və onların fəaliyyətinə imkan yaradan hər kəs cavab verməlidir.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp