Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə birgə bəyanat zamanı Avropa İttifaqının Cənubi Qafqaz üçün yeni investisiya və əməkdaşlıq planlarını açıqladı.

Fon der Lyayen bölgədəki sülh prosesinə toxunaraq Azərbaycan və Ermənistan arasında başlanmış tarixi sülh təşəbbüslərini alqışladı və bu prosesin Avropa İttifaqı tərəfindən dəstəkləndiyini vurğuladı.

Bəyanatda bildirildi ki, Aİ-nin Global Gateway İnvestisiya Proqramı çərçivəsində nəqliyyat, enerji və rəqəmsal bağlantı layihələri üçün 200 milyon avro qrant ayrılacaq və bu investisiyalar 2 milyard avroyadək dövlət və özəl investisiyaların cəlb edilməsinə şərait yarada bilər.

Fon der Lyayen Aİ ilə Azərbaycan arasında yeni "Bağlantı Tərəfdaşlığı" yaradılacağını bildirərək, bu çərçivədə nəqliyyat, enerji və rəqəmsal infrastrukturu əhatə edən yüksək səviyyəli dialoq mexanizminin qurulacağını dedi.

Enerji sahəsində Azərbaycanın etibarlı tərəfdaş olduğunu vurğulayan Fon der Lyayen Cənub Qaz Dəhlizinin Avropanın enerji təhlükəsizliyinə töhfə verdiyini, bərpa olunan enerji, elektrik bağlantıları və yaşıl enerji dəhlizləri üzrə əməkdaşlığın daha da dərinləşdiriləcəyini qeyd etdi.

Həmçinin səhiyyə, minatəmizləmə, kənd inkişafı və kiçik biznesin dəstəklənməsini əhatə edən 20 milyon avroluq yeni sülhə dəstək proqramı da elan edildi.

Çıxışının sonunda Fon der Lyayen Avropa İttifaqının Cənubi Qafqazda sülh, bağlantı və iqtisadi əməkdaşlıq əsasında regionla tərəfdaşlığını gücləndirmək əzmində olduğunu vurğuladı.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp