Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Rusiyanın nəzarətində olan ukraynalı uşaqların ailələri ilə yenidən birləşdirilməsi üçün 50 milyon avroluq yeni dəstək paketi elan edib.

Mövcud vəziyyətə diqqət çəkən fon der Lyayen bildirib: “Rusiya tərəfindən qaçırılan on minlərlə ukraynalı uşaq öz ölkəsindən və yaxınlarından ayrı qalmağa davam edir. Onların hər biri ailəsi ilə yenidən birləşənə qədər dayanmayacağıq.”

Ayrılmış vəsaitin istifadəsi barədə danışan fon der Lyayen deyib: “50 milyon avro ilə bu öhdəliyimizi konkret dəstəklə möhkəmləndiririk. Biz qoruma sistemlərini gücləndirmək, təhsil təmin etmək və oğurlanmış uşaqlar üçün ədaləti təmin etmək istəyirik.”

Fon der Lyayen əlavə edib: “Hər bir uşağın geri dönüşü istənilən sülh sazişinin bir hissəsi olmalıdır.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp