Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Fridrix bildirib ki, Qızlar Günü münasibətilə onlar böhranların ön cəbhəsində olan bütün qızların, xüsusən də Qərbi Şəriənin şimalında məcburi köçkün olmuş qızların dözümlülüyünü hörmətlə yad edirlər.

O qeyd edib ki, Cenin, Tulkarim və Nur Şəms düşərgələrində 6 mindən çox qız hələ də evlərindən uzaqdadır, təhsilləri yarımçıq qalıb və gələcəkləri qeyri-müəyyəndir. “Qərbi Şəriədəki UNRWA məktəblərində təhsil alan 48 min şagirddən 60 faizdən çoxunu qızlar təşkil edir. Bu qızlar bir gün həkim, vəkil, alim, proqramçı, jurnalist, müəllim və siyasətçi kimi cəmiyyətlərinə xidmət edən qadınlara çevriləcəklər. UNRWA yetmiş ildir ki, fələstinli qızların həyat bacarıqlarını inkişaf etdirmələrinə şərait yaradaraq nəsilləri təhsil verir,” – deyə Fridrix bildirib.

O əlavə edib ki, dünya Pekin Bəyannaməsinin 30 illiyini qeyd edərkən, Qərbi Şəriədəki UNRWA fələstinli qaçqınların, o cümlədən qızların gələcəyini qorumaq öhdəliyini bir daha təsdiqləyir.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp