Gebreyesus: Cənub-Şərqi Asiyadakı sel fəlakətinə dəstək veririk
Cenevrə, 2 dekabr (Hibya) – Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Gebreyesus bildirib ki, Ditwah qasırğasının səbəb olduğu dağıdıcı sel fəlakəti ilə bağlı İndoneziya, Şri Lanka, Tailand, Vyetnam və Malayziyaya dəstək göstərirlər.
ÜST rəhbəri Gebreyesus Cənub-Şərqi Asiyada Ditwah qasırğasının törətdiyi misli görünməmiş sel fəlakəti ilə bağlı açıqlama verib. O qeyd edib ki, ÜST İndoneziya, Şri Lanka, Tailand, Vyetnam və Malayziya ilə sıx əlaqədədir və zəruri yardımı təmin etmək üçün operativ reaksiyalı qruplar bölgəyə göndərilib.
Açıqlamada bildirilir ki, zərərçəkən ərazilərdə “xəstəliklərə nəzarət” gücləndirilib və əsas səhiyyə xidmətlərinin davamlılığı təmin olunur. Gebreyesus fəlakətdə həyatını itirənlərə görə dərin hüznünü ifadə edib və bu faciədən təsirlənən icmalara və ölkələrə həmrəylik mesajı çatdırıb.
Azərbaycan İnformasiya Agentliyi