Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

İrlandiya Xarici işlər naziri Harris Qəzzadakı humanitar fəlakətlə bağlı bəyanat verib. O, bölgədə baş verən qırğın və dağıntıların dayandırılması üçün bütün beynəlxalq səyləri alqışladığını vurğulayıb.

“Artıq silahların susması, girovların azad olunması və həyati əhəmiyyətli humanitar yardımların Qəzzaya çatdırılması üçün bir şans var,” – deyə Harris bildirib və sülh prosesində iki dövlətli həllin əhəmiyyətini xatırladıb.

Nazir qeyd edib ki, müharibə qəbuledilməz insan tələfatına və iztirablara səbəb olub, buna görə də beynəlxalq ictimaiyyət daimi sülhün əldə olunması üçün daha çox məsuliyyət daşımalıdır. Harris, ərəb və islam ölkələrinin plana dəstəyini müsbət qarşıladığını, Həmasın isə bu təklifə konstruktiv yanaşmalı olduğunu qeyd edib.

Harris bütün tərəfləri Qəzzada daimi və real sülhün təmin olunması üçün təsir imkanlarından istifadə etməyə çağırıb.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp