Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

İsrail Müdafiə Qüvvələri (İDF) daxili təhlükəsizlik xidməti Şin Bet (Şabak) ilə koordinasiya şəraitində Qəzzanın Deyr əl-Bələh və Şati bölgələrində keçirilən əməliyyatlarda HƏMAS-ın hərbi qanadının iki komandirinin öldürüldüyünü bildirib.

İDF-nin açıqlamasına görə, Deyr əl-Bələh əməliyyatında HƏMAS-ın Nuxba bölməsinin komandirlərindən Abdullah Adnan Taha Əbu əl-Lətif, Şati bölgəsində keçirilən əməliyyatda isə Dərəc Tuffah batalyonunun komandirlərindən Cəlal Zabih hədəfə alınıb.

Açıqlamada iddia olunub ki, həmin şəxslər 7 oktyabr hücumlarında iştirak ediblər və son dövrdə İsrail əsgərləri və mülki şəxslərə qarşı hücumlar planlaşdırıblar. Bildirilib ki, əməliyyatlar bu təhlükəni aradan qaldırmaq məqsədilə həyata keçirilib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp