Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

İsrail Müdafiə Qüvvələri (IDF) İranın strateji müdafiə sistemlərinə qarşı genişmiqyaslı hava əməliyyatının tamamlandığını elan edib.

IDF-in açıqlamasına görə, Hərbi Kəşfiyyat İdarəsi AMAN-ın rəhbərliyi ilə Hərbi Hava Qüvvələrinə məxsus çoxsaylı qırıcı təyyarələr İran ərazisindəki hədəflərə zərbələr endirib.

Əməliyyatın son dövrlərdə İranda yerləşdirildiyi bildirilən müdafiə sistemlərini hədəf aldığı və həmin sistemlərin məhv edildiyi iddia olunub.

Açıqlamada həmçinin deyilir: "‘Aslanın Nəriltisi’ əməliyyatı çərçivəsində IDF İran terror rejiminin müdafiə sistemlərinə dərin zərbələr endirib. Tamamlanan hücumlar Hərbi Hava Qüvvələrinin İran səmasındakı hərəkət azadlığını daha da artırmağa kömək edir."

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp