Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

İsrailin xarici işlər naziri Gideon Sa'ar Mərakeşin ilk qadın baş naziri kimi vəzifəyə başlayan Fatima Ezzahra El Mansourini təbrik edib.

Sa'ar sosial media hesabındakı paylaşımında El Mansourini “tarixi” vəzifəsi münasibətilə təbrik etdiyini bildirib.

İsrail ilə Mərakeş arasında “dərin tarixi bağlar və mühüm ortaq maraqlar” olduğunu bildirən Sa'ar El Mansouriyə yeni vəzifəsində uğurlar arzulayıb.

Sa'ar iki ölkə arasında münasibətlərin gücləndirilməsi və əməkdaşlığın genişləndirilməsi istiqamətində işlərin davam etdiriləcəyini bildirərək, “İkitərəfli münasibətlərimizi gücləndirməyə və ölkələrimiz arasındakı əməkdaşlığı genişləndirməyə davam etməyi səbirsizliklə gözləyirəm” deyib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp