Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Ukraynanın xarici işlər naziri Andrii Sıbiha Oleşkidəki humanitar vəziyyətin ATƏT Daimi Şurasında təcili şəkildə müzakirəyə çıxarılması üçün Ukraynanın təşəbbüs göstərdiyini bildirib.

Sıbiha “Ukraynanın Oleşki şəhərində fəlakətli humanitar vəziyyət” başlığı ilə gündəliyə salınan məsələnin sabah müzakirə ediləcəyini qeyd edib. O bildirib ki, Ukrayna nümayəndə heyəti iclasda Rusiyanın işğalı altında olan ərazidə mülki şəxslərin, o cümlədən uşaqların girov saxlanıldığını iddia etdiyi vəziyyət barədə iştirakçı dövlətlərə məlumat verəcək.

Sıbiha Oleşkidəki vəziyyətin kritik olduğunu və beynəlxalq ictimaiyyətin təcili müdaxiləsini tələb etdiyini deyib. ATƏT-in fəaliyyətdə olan sədri İsveçrəni və iştirakçı dövlətləri Rusiyaya təzyiq göstərməyə çağıran Sıbiha Oleşkiyə təcili humanitar yardımın çatdırılmasının təmin edilməli olduğunu bildirib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp