Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas Hindistanın xarici işlər naziri Subrahmanyam Caişankar ilə keçirdiyi görüş barədə açıqlama verib.

Kallas bildirib ki, bu il Aİ-Hindistan münasibətləri baxımından tarixi əhəmiyyət daşıyır və tərəflər arasında ticarət, texnologiya, təhlükəsizlik və müdafiə sahələrində əməkdaşlıq daha da dərinləşib.

Kallas qeyd edib ki, görüşdə xüsusilə dəniz təhlükəsizliyi sahəsində strateji tərəfdaşlığın daha da inkişaf etdirilməsi müzakirə olunub. O, gəmiçilik azadlığının qorunmasının, açıq və dayanıqlı təchizat zəncirlərinin təmin edilməsinin, eləcə də Aİ-nin ATALANTA və ASPIDES əməliyyatları ilə Hindistan Hərbi Dəniz Qüvvələri arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp