Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas Aİ-nin Livana münasibətdə siyasəti və təhlükəsizlik sahəsində əməkdaşlığı barədə açıqlamalar verib.

Kallas bildirib: “Aİ sabit, firavan və suveren Livanın mövcudluğunda açıq şəkildə maraqlıdır. Biz bunu hərtərəfli siyasi, iqtisadi və təhlükəsizlik dəstəyi ilə təmin edirik”.

Kallas Livan Silahlı Qüvvələrinə təlim keçilməsi və məsləhət xidmətlərinin göstərilməsi məqsədilə Aİ-nin yeni dəstək missiyasının yaradılacağını bildirərək bunun təhlükəsizlik münasibətlərində mühüm irəliləyiş olacağını vurğulayıb.

Kallas Aİ ölkələrinin xarici işlər nazirlərinin missiyanın yaradılmasına gələn bazar ertəsi yekun razılıq verəcəklərinin gözlənildiyini qeyd edib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp