Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi və Avropa Komissiyasının vitse-prezidenti Kaja Kallas Qrenlandiyanın statusu ilə bağlı qiymətləndirmələr aparıb.

Kallas bildirib: “Danimarka və Qrenlandiya ilə həmrəyliyimizi davam etdiririk”.

Qrenlandiyanın statusuna toxunan Kallas qeyd edib: “Qrenlandiya Danimarka Krallığı daxilində muxtar bir bölgədir. Bu statusda ediləcək hər hansı dəyişiklik yalnız qrenlandiyalılar və danimarkalılar tərəfindən qərara alınır”.

Beynəlxalq hüquqa vurğu edən Kallas əlavə edib: “Biz tərəfdaşlarımızdan onların suverenliyinə və ərazi bütövlüyünə hörmət göstərmələrini və xüsusilə Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi və Şimali Atlantika Müqaviləsi olmaqla beynəlxalq öhdəliklərinə əməl etmələrini gözləyirik”.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp