Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas Rusiyanın Qara dənizdəki hücumlarının dünya üzrə ərzaq təchizatını çətinləşdirdiyini bildirib.

Kallas sosial media hesabında verdiyi açıqlamada deyib: "Rusiya Ukraynanın ixrac marşrutlarına hücumlarını artırır. Onun Qara dənizdəki təcavüzü dünya üzrə insanların süfrələrinə ərzaq çatdırılmasını çətinləşdirir".

Kaya Kallas Qara dənizdə sərbəst gəmiçiliyi təmin edəcək razılaşmanın insan həyatını və həyati əhəmiyyətli təchizatı qoruyacağını vurğulayaraq, Ukraynanın belə bir təklif irəli sürdüyünü, lakin Rusiyanın bu təklifi rədd etdiyini qeyd edib.

Kallas diplomatik səylərin Moskvaya davamlı təzyiq və Ukraynaya göstərilən dəstəklə paralel şəkildə aparılmasının vacibliyini vurğulayıb.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp