Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Qətər Xarici İşlər Nazirliyi Trinidad və Tobaqonun Prezidenti Kristin Karla Kanqalunun 20 oktyabr 2026-cı il tarixində Qətərin bu ölkədə iqamət etməyən səfiri Salman bin Nabet Əl-Xəllifinin etimadnaməsini qəbul etdiyini bildirib.

Səfir Əl-Xəllifi görüş zamanı Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Saninin salamlarını Prezident Kanqaluya çatdıraraq ona cansağlığı və xoşbəxtlik, Trinidad və Tobaqo hökumətinə və xalqına isə tərəqqi və rifah arzularını ifadə edib.

Kanqalu da öz növbəsində Qətər Əmirinə salamlarını çatdıraraq ona cansağlığı və xoşbəxtlik, Qətərə isə tərəqqi, inkişaf və rifah arzulayıb.

Kanqalu səfir Əl-Xəllifiyə fəaliyyətində uğurlar arzulayaraq iki ölkə arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə daha sıx əməkdaşlıq vasitəsilə inkişaf etdirilməsi üçün hər cür dəstək göstərməyə hazır olduğunu bildirib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp